Xosep Bartomeu ÇL-in 1/8 finalında “Nou Kamp”da “Napoli” ilə oyunun azarkeşsiz keçirilməsi ilə bağlı rəyini ifadə edib.

“AS” nəşrinə müsahibə verən “Barselona”nın prezidenti mövcud vəziyyətlə barışmalı olduqlarını söyləyib: “Bizə belə bir göstəriş verildi. Biz də ona əməl etməyə məcburuq. Əlbəttə, azarkeşlərin təəssüf hissini anlayırıq, amma biz onların sağlamlığına da məsuliyyət daşıyırıq”.

Maraqlıdır ki, Bartomeu belə bir məqamda zarafatından qalmayaraq boş tribunaların ona müəyyən qədər rahatlıq gətirəcəyini də söyləyib: “Tribunada azarkeş yoxdursa, deməli həmin vaxt mənim fəaliyyətimi tənqid edən də olmayacaq. Məsələn, “Barselona” Ronaldonun transferini “İnter”ə satanda tribunada ağ dəsmal yelləyənlərdən biri də mən idim”. Sonda Bartomeu “Napoli” ilə oyunun azarkeşsiz keçirilməsinin kluba 6 milyon dollar ziyan vurduğunu da xatırladıb.